Ərzurumda nigahdan kənar münasibətin nəticəsində dünyaya gələn uşağı sellofan torbaya qoyaraq zibil qabına atmaqda ittiham olunaraq saxlanılan  Ayten Kağızmanlı və  anasıFadime Kağızmanlı məhkəmə qarşısına çıxarılıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə sədrinin “yeni doğulmuş bir körpəni çılpaq və ac şəkildə küçəyə atarkən ölə biləcəyini düşünmədinizmi?” sualına nənə Fadime Kağızmanlının verdiyi cavab hər kəsi şoka salıb:

“Qızımı tualetdə qanlar içərisində gördüyüm zaman şok oldum. Qızım köropəni zibil qutusuna atmağımı istədi. Ancaq mən yazıqdır deyə düşündüm və məscidin həyətinə atmaq istədim. Gecə yarısı məscidin həyəti açıq deyildi. Bu səbəbdən zibil konteynerinə qoydum. Sellofan torbanı körpə üşüməsin deyə bağlamışdım. Ana və qızı barəsində 13 ildən 20 ilə qədər həbs-qətimkan təbiri seçilib. 

Bildirilir ki, hadisə ötən ilin avqust ayında baş versə də ana və qızı ilk dəfə məhkəmə qarşısına çıxarılıb. 
Uşağı həmin ərazidən keçən sabah namazı üçün Hasan Dede Məscidinə gedən Seyfettin Çiftçi tapıb. O zibil konteynerindən uşaq ağlama sısinin gəldiyini eşidib və ora yaxınlaşıb. 

Zibil qutusunda uşağın olduğunu görən S.Çiftçi məscidin imamına xəbər verib və yardım istəyib. İmam Kamil Turgut və Seyfettin Çiftçi polis və səhiyyə işçilərinə xəbər verib. Uşaq xəstəxanaya aparılıb, polis tez zamanda hadisəni törədən ana və qızı saxlayıb.