Suriyanın Palmira şəhəri yaxınlığında terrorçular tərəfindən qoyulan mina partlayıb.

Unikal.org  "RİA Novosti"yə istinadən xəbər verir ki, Arak yaşayış məntəqəsində baş verən partlayış nəticəsində 8 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

Qeyd edilir ki, mina İŞİD terror qruplaşmasını üzvləri tərəfindən qoyulub.

Xatırladaq ki, bu gün Suriyanın Hama əyalətində iki uşaq minaya düşərək həlak olub.