Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Sabir kəndi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində bir neçə nəfərin yaralandığı bildirilir.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.