Tayvanın cənub-şərqində 4.6 bal gücündə zəlzələ qeydə alınıb. 

Unikal.org xəbər verir ki, zəlzələnin episentri Taydun sahillərində, ocağı isə 17 km dərinliyində yerləşib.

Yeraltı təkanlar həmçinin Hualyanda, Qaosyun və Tayçjun şəhərlərində hiss edilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.