Bakıda dilənçiliklə məşğul olan 8 nəfər saxlanılıb.

Bu barədə Unikal.org-a DİN-in mətbuat xidmətindən məlumat verilib. 

Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 8 nəfər, o cümlədən 4 qadın və 4 azyaşlı saxlanılıb, barələrində protokollar tərtib edilib.