Bakıda 17 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar etməyib.

Bunu Unikal.org-a açıqlamasında 2002-ci il təvəllüdlü Ağazadə Mirfatimənin Füzuli qızının yaxınları bildirib. Məlumata görə, hadisə martın 14-də, Yasamal rayonu  Əsəd Əhmədov 45 A ünvanında baş verib. Hadisə baş verən zaman qızın atası yatıb. Belə ki, 11-ci sinif şagirdi Mir Fatimə hamamda olarkən halı pisləşib. Bu zaman o ayağındakı hamam başmağı ilə balkona çıxıb. Ayağı sürüşən 17 yaşlı qız məhəccəri alçaq olan balkondan yıxılıb. 16-cı mərtəbədən yerə yıxılan qızın cəsədi tanınmaz hala düşüb.

Famil Fərhadoğlu

*** 09:03

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

Unikal.org Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.