Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Unikal.org xəbər verir ki, "Sabah" klubu öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Günün ikinci matçında "Zirə" "Keşlə"ni 2 cavabsız qolla məğlub edib. Liderliyə iddialı "Qarabağ" isə üçüncü pillədə yer alan "Səbail"in qonağı olub. Qarşılaşma Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Səbail" – "Qarabağ" - 1:2 

"Sabah" – "Sumqayıt" - 1:1 

"Zirə" – "Keşlə" - 2:0