Füzulidə 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, rayonun Horadiz şəhərində ümumi sahəsi 105 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 96 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.