Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov da əfv edilib.

Unikal.org xəbər verir ki, R. Səfərovun adı Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı sərəncamda yer alıb.

Xatırladaq ki, Səfərov Rüfət Eldar oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 8 sentyabr tarixli hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdi.