ABŞ-ın iki “B-52H Stratofortress” strateji bombardmançı təyyarəsi Böyük Britaniyadakı Ferford hava bazasına eniş edib.

Unikal.org  “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, təyyarələr Luiziana ştatındakı Barksdeyl aviabazasından havaya qalxıblar və səhər saatlarında Britaniya aerodromuna çatıblar.

Bununla yanaşı, daha üç B-52 və bir B-52H bombardmançı təyyarəsi son iki gündə Böyük Britaniyaya göndərilib. Beləliklə ABŞ Ferforda 6 nüvə bombardmançısını göndərib.
 
Qeyd edək ki, B-52 1952—1962-ci illərdə istehsal olunub və SSRİ-nin istənilən nöqtəsinə böyük gücə malik iki istilik-nüvə bombasını çatdırmaq qabiliyyətinə malik strateji bombardmançı təyyarəsi kimi yaradılıb.