Almaniya Bundesliqasında XXVI turun beş matçı keçirilib. ONA-nın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan Dortmund “Borussiya”sı səfərdə qələbə qazanıb.

Unikal.org xəbər verir ki, evdə “Herta”nı qəbul edən “sarı-qaralar” hesabda geriyə düşmələrinə baxmayaraq, əzmkar qələbə qazanıblar.

Liderlər qrupunda yer alan “Leypsiq” isə “Şalke”ni məğlub edib. Timo Vernerin 14-cü dəqiqədə vurduğu qol “öküzlər”ə qələbə qazandırıb.

Qeyd edək ki, turun qarşılaşmalarına sabah keçiriləcək üç matçla yekun vurulacaq.