26 May 2019
25 May 2019
“Barselona”da ağır itki
“Barselona”da ağır itki İDMAN 11:38 2019-03-18

“Barselona” ciddi itkiylə üzləşib.

Unikal.org xəbər verir ki, Kataloniya təmsilçisinin hücumçusu Luis Suares zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ayaq biləyində ağrılar olan uruqvaylı forvardın 15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

La Liqada bu mövsüm 27 qarşılaşmada iştirak edən Suares, 18 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.