19 İyul 2019
İranda sərnişin təyyarəsi belə yandı - VİDEO (YENİ-2)
İranda sərnişin təyyarəsi belə yandı -VİDEO (YENİ-2) DÜNYA 09:35 2019-03-20

İranda 50 nəfəri daşıyan sərnişin təyyarəsində yanğın olub 
Hadisə Tehranın beynəlxalq Mehrabad hava limanında baş verib. Hazırda təyyarənin göyərtəsində 50 nəfərin olduğu deyilir.

Unikal.org-un  "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, təxminən 50-dək sərnişin isə təyyarəni tərk edə bilib.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident barədə hələlik başqa məlumat verilmir.

***

Çərşənbə axşamı Tehranın Mehrabad beynəlxalq hava limanında sərnişin təyyarəsində baş vermiş yanğın söndürülüb, 100-ə yaxın sərnişin uğurla təxliyyə olunub.

Unikal.org NTV-yə istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin mühərriklərindən biri yanıb.

Dünün 22:57/yeniləndi bu gün 9:35