Bakıda ana və qızını maşın vurub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, martın 18-də saat 21 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakinləri X.İmanova və azyaşlı qızı vurulub. Onlar xəstəxanaya müraciət etməyiblər.

Yol-nəqliyyat hadisəsinin “VAZ-21074” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən paytaxt sakini E.Alışov saxlanılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.