Ağcabədi rayonunda mənzildən 3 min manat dəyərində məişət əşyaları oğurlanıb

Unikal.org-un məlumatına görə, rayon sakini Məhruzə Kazımova rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus mənzildən 3 min manat dəyərində olan məişət əşyaları naməlum şəxs yaxud şəxslər tərəfindən oğurlanıb. Rayon polis şöbəsində bu istiqamətdə əməliyyat axtarış tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsi rayon sakinləri Roman Əsədov, Röyal Hüseynov və Əlimərdan İsmayılov tərəfindən törədilib. İstintaq tədbirləri nəticəsində oğurlanmış əşyaların bir hissəsi maddi sübut kimi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır