Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, rayonun "Ramana-450" qəsəbəsində ("Şuşa şəhərciyi") üç minik avtomobili toqquşub.

Avtomobillərdən biri zərbənin təsirindən idarəetmədən çıxaraq yaxınlıqdan keçən xanıma dəyib.

Müxtəlif xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis gəlib, araşdırma aparılır.