26 Aprel 2019
25 Aprel 2019
Narkotiklə tutulan şəxslərin daha bir cinayəti aşkarlandı
Narkotiklə tutulan şəxslərin daha bir cinayəti aşkarlandı HADİSƏ 17:53 2019-03-26

Şirvan şəhər sakinləri narkotiklə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Unikal.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Pünhan Tağıyev və Mirzəli Məmmədov polis əməkdaşları tərəfindən müxtəlif vaxtlarda saxlanılaraq şöbəyə gətirilib.

Onların üzərində axtarış keçirilən zaman şəxsi istehlak miqdarından artıq heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Ətraflarında aparılan əməliyyat zamanı onların birgə cinayət əməlində də iştirakının olduğu müəyyən edilib. Belə ki, saxlanılan şəxslərin bir müddət əvvəl vətəndaşa məxsus fərdi yaşayış evinə daxil olaraq oradan ümumi dəyəri 1990 manat olan məişət əşyalarını oğurladıqları məlum olub.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.