Biləsuvar rayon sakininin avtomobilində silah aşkar edilib.

Bu barədə Unikal.org-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Bəydili kənd sakini, əvvəllər məhkum olunmuş Məlik Əzizov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın altından 16 kalibrli lüləsi və qundağı kəsilmiş "Abrez" tipli nömrəsi silinmiş tüfəng aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.