Sumqayıt şəhərində yanğın baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 15 m² olan taxtadan ibarət köşkün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 200 m² olan birmərtəbəli tikilinin (mərasim evi kimi fəaliyyət göstərir) dam örtüyü 5 m² sahədə yanıb. 

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.