Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Unikal.org-a açıqlamasında bildirib ki, hadisə mart ayının əvvəlində baş verib:

 "2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər yox, 3 nəfər məhkum arasında məişət zəmnində münaqişə baş verib. Həmin şəxslər müəssisə rəhbərinin qərarı ilə cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində xəsarət alanların olması və xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar əsassızdır".

09:35

Bakıda cəzaçəkmə müəssisəsində dustaqlar arasında kütləvi dava düşüb.

Unikal.org xəbər verir ki, hadisə Xəzər rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb.

Dava zamanı dustaqlar Sərvan Ramazanov, Elməddin Nəcəfov, Samir Məmmədov, Vüqar Şirinov, Ayəddin Şahbazov və Vüsal Allahverdiyev xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.