Hindistanın Qucarat ştatında yük maşının motorikşa ilə toqquşması nəticəsində azı üçü uşaq olmaqla 11 nəfər ölüb.
 
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insident bu gün Çavand yaşayış məntəqəsində baş verib. Motorikşada olan sərnişinlərdən 9-u hadisə yerində, daha ikisi isə sonradan xəstəxanada keçinib. Bir nəfərin vəziyyəti ağır olaraq qalmaqdadır.   
Hindistanda yolların bərbad vəziyyətdə olması və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verən yol qəzalarında hər gün orta hesabla 400, ildə isə 150 min insan ölür.