Mingəçevirdə iki bacı dəm qazından boğulub.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 90 ünvanında qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Roza İbadova və onun bacısı, 2001-ci il təvəllüdlü  Emilya Mobilçenko yaşadıqları mənzildə qazdan boğularaq ölüblər.

Qeyd edək ki, ölən bacılardan biri ailəli, digəri subay olub.

Faktla bağlı araşdırmalara başlanılıb.