Ucar rayonunda torpaq uçqunu baş verib. 

Unikal.org xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar şəhərinin mərkəzində qeydə alınıb. 

Uçqun "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Onlar torpağın altından çıxarılaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.