Rusiya hərbçiləri  Türkiyə vətəndaşını  Ermənistan-Türkiyə sərhədindən keçərəkən həbs ediblər. 
Unikal.org
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 16 aprel 2019-cu ildə Naxçıvan qəsəbəsi yaxınlığında sərhədi  keçərkən Gümrü sərhəd dəstəsinin əsgərləri tərəfindən naməlum şəxs həbs olunub.
Ermənistanda Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatına görə, cinayət hadisəsinin araşdırılması zamanı  sərhədi keçən şəxsin  Türkiyə Respublikasının vətəndaşı olduğu məlum olub. Adı açıqlanmayan Türkiyə vətəndaşı hüquq-mühafizə orqanlarından yayınmaq üçün sərhədi qeyri-qanuni keçmək istəyib.