23 İyul 2019
22 İyul 2019
Prezident Administrasiyasının rəhbəri istefa verdi - GÜRCÜSTANDA
Prezident Administrasiyasının rəhbəri istefa verdi -GÜRCÜSTANDA DÜNYA 20:57 2019-04-19

Gürcüstan Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

Unikal.org xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.