Türkiyədə "Bursaspor" futbol klubunun azarkeşlərini daşıyan avtobus yük maşını ilə toqquşub.

Unikal.org Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Kocaəli əyalətində baş verən qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb edilib. Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra, onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Qeyd edilir ki, azarkşlər Türkiyə liqasının "Kasımpaşa" - "Bursaspor" matçından evə gedirlərmiş