İranın dini lideri, ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərini dəyişib.

Unikal.org-un TASS-a istinadən xəbər verir ki, briqada generalı Xoseyn Salami İİKK-nın yeni komandanı təyin olunub.

O, bu vəzifədə general Məhəmməd Əli Cəfərini əvəz edib.
Bundan öncə Salami İİKK komandanının müavini vəzifəsində çalışıb.