23 İyul 2019
22 İyul 2019
“Dəfələrlə oğlan övladımı itirmişəm” – Məleykə Əsədova
“Dəfələrlə oğlan övladımı itirmişəm”– Məleykə Əsədova MƏDƏNİYYƏT-ŞOU 16:38 2019-04-23

Xalq artisti Məleykə Əsədova “Şou ATV” proqramının qonağı olub.

Unikal.org xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı etiraflar edib. Müğənni bildirib ki, qızından əvvəl oğlan övladlarına hamilə olub.

“Çox övladım olub, amma itirmişəm. Qızımın da dünyaya gələcəyini demək istəmirdim. Oğlan övladları itirmişəm. Bətnimdə dünyalarını dəyişirdilər. Həmişə qız arzulamışam. Hətta oğluma libaslar da almışdım. Amma qismət olmadı” deyə, Əsədova bildirib.

Qeyd edək ki, sənətçinin Gülər adlı bir qızı var.