“Neftçi”nin veteran futbolçusu, AFFA-nın nümayəndəsi Rauf Əmirov işdən uzaqlaşdırılıb. Federasiya onu nümayəndəlikdən kənarlaşdırıb.

Bu barədə Unikal.org-a danışan R.Əmirov bildirib ki, ona heç bir rəsmi məlumat verilmədən telefon zəngi ilə işdən çıxarıblar:

“AFFA nümayəndəsi idim, bir müddətdir məni kənarlaşdırıblar. Oyun zamanı hansısa hərəkətim xoşlarına gəlmədiyi üçün uzaqlaşdırıldığım deyilir.

Heç mənə deməyiblər ki, nə hərəkətdir, nəyə görədir. Bakıya gələndən sonra araşdıracam. Artıq bir neçə aydır uzaqlaşdırıblar. Mən AFFA rəhbərliyi ilə danıışmamışam, amma düşünürəm ki, Bakıya gələndə AFFA rəhbəri Rövnəq Abdullayevlə, Elxan Məmmədovla görüşüb danışım. Mənə bu barədə telefonla deyilib. Mənim heç özümün də yadıma gəlmir hansı oyunda baş verib. İndi özüm Qax rayonundayam”. 

Aygün İlqarqızı