Sabah Moskvada Rusiya və Azərbaycan müdafiə nazirləri Sergey Şoyqu və Zakir Həsənov arasında ikitərəfli görüş keçiriləcək.
 
Unikal.org xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
 
Görüşün Moskvada keçiriləcək MDB-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclası çərçivəsində baş tutacağı bildirilib.