16 İyun 2019
"Sumqayıt" finalda - tarixində ilk dəfə...
"Sumqayıt" finalda -tarixində ilk dəfə... KİVDF 22:41 2019-05-01

Futbol üzrə Azərbaycan Kubokunda digər finalçı müəyyənləşib.

Unikal.org xəbər verir ki, Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Zirə" arasında keçirilmiş ilk oyunda hesab açılmasa da, cavab matçında 6 qol vurulub.

İlk hissədə "Sumqayıt"ın heyətində Peyman Babayi het-trik edib. Cənubi azərbaycanlı forvard 19-cu, 27-ci və 45-ci dəqiqələrdə fərqlənib. "Zirə" isə ikinci yarıya qolla başlayıb. Meydan sahiblərinin heyətində 47-ci dəqiqədə Pərdis Fərcad-Azad rəqib qapısına yol tapıb. Qarşılaşmanın 84-cü dəqiqəsində Xulio Sezar Rodriqes fərqi minimuma endirib. Oyunda son nöqtəni isə 90+5-ci dəqiqədə Şafik Tiqruca qoyub - 3:3.

Beləliklə, "Sumqayıt" səfər qolları sayəsində tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb. Mayın 19-da Naxçıvanda keçiriləcək həlledici qarşılaşmada rəqib "Qəbələ" olacaq.