Polşa mədəniyyət naziri paytaxt Varşavada sərgilənən "banan yeyən qadın" tablosunu ədəbsiz olması bəhanəsi ilə sərgidən çıxarıb.  Nazirliyin fikrincə həmin tablo seksuallığı təbliğ edir. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qərarı "sənətə senzura" kimi dəyərləndirən minlərlə Polşa vətəndaşı əllərində banan ilə küçələrə axışıb və banan yeyərək etiraz aksiyası ediblər. Muzeyə yaxın ərazidə toplaşan nümayişçilər "banan inqilabı", "sənət azaddır" şüarları səsləndirib. 

Gələn çoxsayda reaksiyalardan sonra  muzey rəsmiləri sözügedən həmin sərgini yenidən açmalı olub. Bu qərardan sonra həmin gün ölkədə banana tələbat erıb, satışı çoxalıb. 

Qeyd edık ki, polşalı sənətçi Natalia LL-nin “istehlakçı Sənəti” adlı əsəri 22 Fevral 2015-ci il tarixində Varşavadakı Polşa Çağdaş İncəsənət Mərkəzində sərgilənib.