20 May 2019
Bakı-Sumqayıt marşrutu ilə gedənlərin NƏZƏRİNƏ
Bakı-Sumqayıt marşrutu ilə gedənlərinNƏZƏRİNƏ REPORTAJ 14:36 2019-05-03

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində birgünlük dəyişiklik ediləcək.

Unikal.org bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. 

Belə ki, dəmir yolunun Bakı-Keşlə mənzilində aparılan təmir işləri ilə əlaqədar sabah şənbə, bazar və bayram günlərində hərəkətdə olmayan qatarlardan başqa, Sumqayıtdan saat 08-40-da yola düşən 6012 nömrəli, saat 09-05-də yola düşən 6014 nömrəli, saat 09-50-də yola düşən 6016 nömrəli, saat 16-55-də yola düşən 6018 nömrəli və Bakıdan saat 16-00-da yola düşən 6007 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.