Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gətirilib.

Unikal.org xarici mət buata istinadən xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra "Barselona"nın futbolçusu Lionel Messi bu ada layiq görülüb. 

"Barsa" və "Liverpul" klubları arasındakı cavab oyunu mayın 7-də baş tutacaq. 

Qeyd edək ki, argentinalı hücumçu evdə "Liverpul"u 3:0 hesabı ilə məğlub etdikləri matçda iki qolun müəllifi olub.