Türkiyə Super Liqasında 31-ci tura start verilib.

Unikal.org xəbər verir ki, turun açılış oyununda lider “Başakşəhər” “Sivasspor” səfərinə yollanıb. Son turlarda qələbəyə həsrət qalan İstanbul təmsilçisi yenə xal itkisi ilə üzləşib.

Şənbə günü üç görüş baş tutub. Dörd qolun qeydə alındığı “Ankaragücü” – “Rizəspor” matçında qalib müəyyənləşməyib. “Ərzurumspor” “Bursaspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb. Səfərdə “Kasımpaşa” ilə qarşılaşan “Fənərbaxça” isə əzmkar qələbə qazanıb.

Turun mərkəzi görüşü İstanbulda keçiriləcək. “Qalatasaray” doğma azarkeşləri qarşısında “Beşiktaş”ı qəbul edəcək.

4 may

Ankaragücü – Rizəspor 2:2

Ərzurumspor – Bursaspor 2:0

Kasımpaşa – Fənərbaxça 1:3

5 may

17:00 Akhisarspor – Yeni Malatyaspor
17:00 Göztəpə – Antalyaspor
20:00 Qalatasaray – Beşiktaş

6 may

21:00 Alanyaspor – Konyaspor
21:00 Trabzonspor – Kayserispor