Çinin Quandun əyalətində yaşayış binasında yanğın baş verib.

Unikal.org-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xayfen rayonunda  Quansi Pedaqoji Universiteti yaxınlığında yerləşən altımərtəbəli binada əsasən tələbələr kirayədə qalıb.

Yerli vaxtla səhər saat 06.00 radələrində birinci mərtəbədə elektrik xətlərində qısaqapanma nəticəsində yanğın başlayıb. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər 5 nəfər ölüb. Yanğında xəsarət alan 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 6-ı ağır yanıq xəsarəti alıb.