Aparıcı Mətanət Əliverdiyeva "Zaurla Günaydın" verilişinə qonaq olub. 

Unikal.org-un məlumatına görə, oğlu Oqtaya toy edəcəyini deyən aparıcı Zaur Baxşəliyevin bunla bağlı suallarını cavablandırıb. Əliverdiyeva bildirib ki, toyun vaxtını dəyişiblər:

"Saxlamışıq, hələ qalıb. Bəsi proseslər gedir. Problem yoxdur, hər şey yaxşıdır. Sentyabrdan sonra olacaq toy. Əsas özləri xoşbəxt olsun. Səhər gedib, axşam qayıdıram. Evləri ayrı olacaq, nəyimə lazımdır... Gəlinin işinə qarışmayacam".