Moskvanın "Şeremetyevo" aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində 41 nəfər dünyasın dəyişib.

Unikal.org Tass.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Xəbərdə bildirilir ki, hadisə nəticəsində təyyarədə olan 78 sərnişindən 37 nəfəri sağ qalıb. 

Qeyd edək ki, mayın 5-də Moskvadan Murmanska uçan "Aeroflot" aviaşirkətinə məxsus "Sukhoi Superjet 100" (SSJ-100) sərnişin təyyarəsi təcili geri qayıdıb və "Şeremetyevo" hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.