Şanlıurfanın Viranşehir mahalında küçədə oyun oynayan uşaqlar 3 kəsik barmaq tapıb. 

Unikal.org Türkiyə mətbuata istinadən xəbər verir ki, gördüklərindən şoka düşən uşaqlar vəziyyəti ailələrinə bildirib. Ailələr isə polisə məlumat verib. Hadisə yerinə gedən polis əməkdaşları araşdırmaya başlayıb. Yoldakı kəsik barmaqları şəxsiyyətin müəyyən edilməsi üçün analizə aparıblar.

Polis hadisəylə bağlı araşdırmaya başlayıb.