Kayseri bölgəsində 13 il əvvəl  itkin düşən Saliha Tokerin cinayətə qurban getdiyi ortaya çıxıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadının sonuncu dəfə Kayseri bölgəsində yaşayan Hasan Bulut ilə görüşdüyü məlum olub. Hazırda 70 yaşı olan, təqaüdçü din xadimi illər sonra Hasan Bulut saxlanılıb. 

Evli və 2 uşaq atası olan Bulut  Saliha Toker ilə bir müddət cinsi münasibətdə olub, qadının hamilə olduğunu söyləməsindən sonra Kocasinan mahalındakı Erkilet Hıdırellez təpəsinə aparıb və orada boğaraq öldürüb. O cinayəti etiraf etdikdən sonra çıxarıldığı məhkəmədə də həbs olunub. 

H.Bulutun cinayətdən 10 gün sonra həyat yoldaşıyla həcc ziyarətinə getdiyi də ortaya çıxıb. 

Bulutun söylədiyi bölgədə Tokerin cəsədinin izine rastlanmayıb. Cəsədin çöl heyvanları tərəfindən parçalanması da iddia edilib.