Türkiyənin İzmir şəhərində  HABAS poladəritmə zavodunda içərisində maye polad olan çənin aşması nəticəsində 11 nəfər yaralanıb. 

Unikal.org xəbər verir ki, istehsalat sahəsində 120 tonluq çən aşıb və 80 ton maye polad yerə dağılıb.
Yaralılardan dördünün vəziyyətinin ağır olduğu bildirilir. Yeddi nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisənin səbəbləri barədə məlumat verilmir.