Bu gün Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulub.

Unikal.org xəbər verir ki, sonuncu turun bütün görüşləri eyni gündə keçirilib. Günün ilk oyununda “Səbail”, sonuncu sırada qərarlaşan “Keşlə”ni qəbul edib. Qonaqlar bu görüşdə darmadağınla qalib gəliblər.

“Sabah” “Zirə” ilə üz-üzə gəlib. Bu oyun da qonaqların qələbəsiylə yekunlaşıb.

Azərbaycan kubokunun finalında bir-birlərinə rəqib olan “Sumqayıt”la “Qəbələ” bu turda üz-üzə gəlib. Premyer Liqanın son turundakı bu oyun hər iki komandanın məşqçilərinə rəqibi bir daha təhlil etmək baxımından faydalı olub. Qarşılaşma isə meydan sahiblərinin minimal hesablı qələbəsiylə bitib. 

Turun mərkəzi oyununda isə çempionluğunu rəsmiləşdirən “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı matçda sevinən tərəf Ağdam klubu olub.