Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini inzibati qayda pozuntusu barədə işdə təqsirkar sayıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə Ukrayna prezidenti vergiyə cəlb edilməyən minimum gəlirin 50 misli həcmində, daha dəqiq desək, 850 qriven (32,4 ABŞ dolları) cərimələnib.

Qeyd edək ki, V.Zelenski məhkəmə iclasına qatılmayıb.