“BOB Akademiyası” təlim mərkəzində gələcəyin mütəxəssislərinə təlimlər keçirilib.

Unikal.org xəbər verir ki, “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyası (ABA) və “Bank of Baku” ASC-nin təşkilatçılığı ilə “BOB Akademiyası” təlim mərkəzində gələcəyin mütəxəssislərinə təlimlər keçirilib.

Təlimlər Bank of Baku-nun təcrübəli mütəxəssisləri tərəfindən Mühəndislik Universitetinin texnoparkında fəaliyyət göstərən, maliyyə və əsasən informasiya texnologiyaları istiqamətində təhsil alan tələbələrə “Agile metodologiyasının əsasları” və “İT təhlükəsizlik” mövzularda keçirilib.