26 May 2019
25 May 2019
Şəmkirdə FACİƏ: Turnik sınıb, azyaşlının üzərinə düşdü
Şəmkirdə FACİƏ:Turnik sınıb, azyaşlının üzərinə düşdü HADİSƏ 12:38 2019-05-15

Şəmkir rayonunda 4 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 2015-ci il təvəllüdlü Aslanova Damla turnikdən sallanan zaman qəfildən turnik sınıb və üzərinə düşüb. Yaxınları tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və cərrahiyyə əməliyyatına alınıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.