26 May 2019
25 May 2019
Nazir müavinləri vətəndaşları qəbul edəcək
Nazir müavinləri vətəndaşları qəbul edəcək İDMAN 13:48 2019-05-15

Gənclər və idman nazirinin müavini İntiqam Babayev mayın 17-də Lənkəran şəhərində Lənkəran, Astara şəhər, rayon sakinlərini, nazir müavini İsmayıl İsmayılov Lerik rayonunda Lerik rayon sakinlərini qəbul edəcəklər.  

GİN-dən Unikal.org-a verilən məlumata görə, qəbul saat 11:00-da Lənkəran şəhərində  Lənkəran  Olimpiya İdman Kompleksində (Lənkəran şəhəri, ŞİH-nin yaxınlığı), Lerik rayonunda Lerik Mədəniyyət Mərkəzində (Lerik şəhəri, Arzuman Əsədullayev küçəsi 24, RİH-nin yaxınlığı) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Lənkəran

051-5053030

Astara

055-7890334; 051-4320110

Lerik  - 050-568-49-23