26 May 2019
25 May 2019
Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi
Bu marşrut xəttinin hərəkət trayektoriyası bərpa edildi CƏMİYYƏT 14:05 2019-05-15

Abşeron rayonunda fəaliyyət göstərən marşrut xəttinin hərəkət trayektoriyası bərpa edilib.

Bu barədə Unikal.org-a  Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Qurum sözçüsü bildirib ki, marşrut xəttinin istiqamətinin dəyişdirilməsinə səbəb Xocahəsən yolunda gedən təmir işləri olub: "Bu məqsədlə 596 saylı marşrut xəttinin (Xırdalan şəhəri-Karvansaray T/M) hərəkət istiqamətinin müvəqqəti dəyişdirildiyi haqqında məlumat vermişdik. Yolun bir hissəsində işlər yekunlaşdığından 596 saylı marşrutun hərəkət trayektoriyası bərpa edilib".