ABŞ-ın Kaliforniya ştatında Hərbi Hava Qüvvələrinin bazası yaxınlığında "F16" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xarici KİV-ə istinadən məlumatına görə, şerifin ofisi bildirib ki, təyyarə binanın damından içinə çırpılıb. Pilot katapult edib, onu xəstəxanaya aparıblar.

Pilotun vəziyyəti və qəzanın səbəbi barədə məlumat verilmir.