Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, mayın 16-da saat 2 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini T.Əlizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb. 
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.