Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək inauqurasiyasına Rusiya dəvət olunmayıb.

Unikal.org xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yekaterina Zelenko bildirib ki, Rusiya Federasiyası bu tədbirə dəvət edilməyib: “Andiçmə mərasiminə bizim tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət edilib”.